Gürcüstanda açıq havada maskadan istifadə tələbi ləğv edilib

Gürcüstanda açıq havada maskadan istifadə tələbi ləğv edilib Gürcüstanda pandemiya ilə əlaqədar küçədə qoruyucu maskalardan məcburi istifadə bu gündən ləğv olunub.
Region
28 Mart , 2022 09:24
Gürcüstanda açıq havada maskadan istifadə tələbi ləğv edilib

Bu gündən etibarən Gürcüstanda açıq havada qoruyucu maska taxmaq məcburiyyəti ləğv edilib.

“Report”un yerli bürosu xəbər verir ki, ictimai nəqliyyat və qapalı məkanlarda maska taxmaq tələbi qüvvədə qalır.

Gürcüstan hökumətinin qərarı ilə bu gündən koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan bir sıra digər məhdudiyyətlər də aradan götürülüb. Belə ki, qida obyektləri, idman, mədəni və digər ictimai tədbirlərdə ziyarətçilərin sayına qoyulmuş məhdudiyyət qüvvədən düşüb. Uzaq məsafədən çalışan şirkət əməkdaşları üçün distant iş rejimi də ləğv edilib.

Bununla yanaşı, Gürcüstana PCR test olmadan dönən ölkə vətəndaşları beşgünlük özünütəcrid rejiminə keçmək öhdəliyindən azad olunublar.

Qeyd edək ki, fevral ayının ortalarından Gürcüstanda epidemioloji vəziyyət sürətli templərlə yaxşılaşmağa başlayıb. Qonşu ölkədə pandemiyanın sona yaxınlaşdığı bildirilir. 

 
04.33

Gürcüstanda pandemiya ilə əlaqədar küçədə qoruyucu maskalardan məcburi istifadə bu gündən ləğv olunub.

"Report" xəbər verir ki, bununla bağlı qərar respublikanın Baş naziri yanında Koronavirusla Mübarizə üzrə Əlaqələndirmə Şurası tərəfindən əlverişli epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

Bununla belə, qapalı yerlərdə, eləcə də ictimai nəqliyyatda qoruyucu maskaların taxılması məcburi olaraq davam edəcək. Qaydaların pozulmasına görə vətəndaşlar 20 lari (6 ABŞ dollarından çox) məbləğində cərimə olunacaqlar.

Xatırladaq ki, Gürcüstanda 2020-ci ilin fevralında koronavirusa ilk yoluxma halının aşkarlanmasından sonra respublika sakinləri qoruyucu maska ​​taxmağa başlayıblar. Əvvəlcə maskaların taxılması yalnız qapalı məkanlarda və ictimai nəqliyyatda məcburi idisə, sonra bu qayda küçədə hərəkət edən insanlara da şamil olunub.

Son xəbərlər

Orphus sistemi