Gürcüstan koronavirusa qarşı mübarizəni gücləndirir

Gürcüstan koronavirusa qarşı mübarizəni gücləndirir Gürcüstanda koronavirusa qarşı təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Region
246
2 Sentyabr , 2020 10:57
Gürcüstan koronavirusa qarşı mübarizəni gücləndirir

Gürcüstanda koronavirusa qarşı təhlükəsizlik tədbirləri gücləndiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, ölkənin Baş Naziri Giorgi Qaxaria bununla bağlı aidiyyəti qurumlara göstəriş verib.

Hökumət başçısı bildirib ki, ictimai nəqliyyat və ticarət obyektlərinin fəaliyyətinə nəzarət sərtləşdirilməlidir.

G.Qaxaria deyib ki, son sutkada ölkədə COVID-19-a 38 yeni yoluxma halı qeydə alınsa da, yeni dərs ilinin başlanılmasının təxirə salınması nəzərdən keçirilmir.

 
Orphus sistemi