Gürcüstan Konstitusiya Məhkəməsi Prezidentin impiçmentini təsdiqləyib

Gürcüstan Konstitusiya Məhkəməsi Prezidentin impiçmentini təsdiqləyib Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində prezident Salome Zurabişvili tərəfindən ölkənin əsas qanununun pozulmasını təsdiqləyib.
Region
16 Oktyabr , 2023 15:04
Gürcüstan Konstitusiya Məhkəməsi Prezidentin impiçmentini təsdiqləyib

Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində ölkə Prezidenti Salome Zurabişvili tərəfindən ölkənin əsas qanununun pozulduğunu təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Qərarı 9 hakimdən 6-sı dəstəkləyib.

Konstitusiya Məhkəməsinin qərarından sonra Prezidentin impiçmenti qərarı parlamentə təqdim ediləcək. Onun vəzifədən kənarlaşdırılması üçün 100 deputatın səsi kifayət edəcək. Qanunverici orqanda çoxluq hakim “Gürcü Arzusu” Partiyasında olduğundan dövlət başçısı vəzifədən uzaqlaşdırıla bilər.

Qeyd edək ki, bu il sentyabrın əvvəlində S.Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.

Son xəbərlər

Orphus sistemi