Gürcüstan İsraillə birgə avtomat istehsalına başlayıb

Gürcüstan İsraillə birgə avtomat istehsalına başlayıb Gürcüstanın Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzdə NATO standartlarına uyğun GI -4 (5.56) avtomatlarının istehsalına başlanılıb.
Region
150
28 Oktyabr , 2021 14:30
Gürcüstan İsraillə birgə avtomat istehsalına başlayıb

Gürcüstanın Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzdə NATO standartlarına uyğun GI -4 (5.56) avtomatlarının istehsalına başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, müasir silahların istehsalı bu gün açılan Gürcüstan-İsrail birgə müəssisəsində həyata keçiriləcək.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze bu gün müəssisəyə baş çəkib və istehsal prosesinə baxış keçiriblər.

Müasir avadanlıqla təchiz edilmiş müəssisənin buraxacağı silahlar həm Gürcüstanın müdafiə qüvvələri, həm də ixrac üçün nəzərdə tutulub.

Gələcəkdə digər silah-sursatların da istehsalı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi