Gürcüstan iqtisadiyyatında 5% geriləmə gözlənilir

Gürcüstan iqtisadiyyatında 5% geriləmə gözlənilir Gürcüstanın 2020-ci il üzrə iqtisadi inkişaf proqnozu qlobal pandemiyaya görə yenilənib.
Region
229
5 Avqust , 2020 12:47
Gürcüstan iqtisadiyyatında 5% geriləmə gözlənilir
Koba Qvenetadze

Gürcüstanın 2020-ci il üzrə iqtisadi inkişaf proqnozu qlobal pandemiyaya görə yenilənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze bildirib.

Onun sözlərinə görə, cari ildə ölkə iqtisadiyyatında öncə proqnozlaşdırıldığı kimi 4% deyil, 5% azalma gözlənilir.

Bank rəhbəri qeyd edib ki, bu ilin birinci yarısında Gürcüstan iqtisadiyyatında illik müqayisədə 5,8% geriləmə qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi