Gürcüstan iqtisadiyyatı 7,7% azalıb

Gürcüstan iqtisadiyyatı 7,7% azalıb Ötən ay Gürcüstanda ÜDM-in real artım tempində illik müqayisədə 7,7% azalma qeydə alınıb.
Region
216
31 İyul , 2020 19:41
Gürcüstan iqtisadiyyatı 7,7% azalıb

Ötən ay Gürcüstanda Ümumi daxili məhsulun (ÜDM) real artım tempində illik müqayisədə 7,7% azalma qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Bu ilin I yarısında isə ÜDM-in orta real artım tempi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% azalıb.

İyunda qonşu ölkədə mədən və karxanalar, su təchizatı, kanalizasiya, tullantıların idarə olunması və digər bu kimi sektorlardan başqa bütün iqtisadi fəaliyyət sahələrində geriləmə qeydə alınıb.

 

Son xəbərlər

Orphus sistemi