Gürcüstan ictimaiyyəti Xocalı qətliamı barədə məlumatlandırılır

Gürcüstan ictimaiyyəti Xocalı qətliamı barədə məlumatlandırılır Azərbaycanın Gürcüstandakı səfirliyi və Heydər Əlitev Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məlumatlandırma kampaniyası keçirirlir.
Region
26 Fevral , 2021 10:54
Gürcüstan ictimaiyyəti Xocalı qətliamı barədə məlumatlandırılır

Azərbaycanın Gürcüstandakı səfirliyi və Heydər Əlitev Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məlumatlandırma kampaniyası keçirirlir.

“Report”un yerli bürosu xəbər verir ki, səfirlik binasının yaxınlığında yerləşdirilən led monitorda faciəni əks etdirən foto və video mateiallar nümayiş etdirilir.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstanın azərbaycanlı icmasının üzvləri, iş adamları və ictimaiyyət nümayəndələri Xocalının günahsız qurbanlarının xatirəsini anmaq üçün guşəyə baş çəkirlər. Anım mərasiminin iştirakçıları faciə mövzusunda sərgilənən fotoşəkillərin önünə güllər düzürlər, şam yandırırlar. Guşədə həmçinin "Xocalıya ədalət" jurnalı, faciə barədə xarici mətbuatda dərc edilən məqalələr də təqdim olunub.

Kampaniya çərçivəsində Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinə məxsus və üzərində "Xocalıya ədalət" kampaniyasının loqosu və Bakıdakı "Ana fəryadı" abidəsinin təsvirinin yer aldığı plakatlar olan 3 kiçik və 5 böyük həcmli yük avtomobilləri gün ərzində Tbilisinin insanların sıxlıq təşkil etdiyi küçə və prospektlərində hərəkət edəcəklər.

Son xəbərlər

Orphus sistemi