İndiki mərhələdə Qardabani rayonunun Qaracalar və Qaratəhlə kəndlərinin koronavirus infeksiyasının geniş yayılması təhlükəsi ilə bağlı tam təcrid olunması planlaşdırılmır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar Gürcüstanın Dövlət Qurumları arası Koordinasiya Şurasının iclasına qəbul edilib.
Qeyd edək ki, bu günədək Qardabanidə 23 nəfər COVID-19-a yoluxub. Halların 14-ü Qaracalar kəndində təsdiqlənib. Bu gündən iki kəndin əhalisi arasında koronavirus müayinəsinə başlanılıb.