​Gürcüstan hökuməti bu il ölkədəki müsəlman icmasına 2 milyon laridən çox vəsait ayıracaq

​Gürcüstan hökuməti bu il ölkədəki müsəlman icmasına 2 milyon laridən çox vəsait ayıracaq "Amma yayda büdcəyə yenidən baxılacaq və müsəlmanlar üçün nəzərdən tutulan vəsaitin artırılacağı gözlənilir"
Region
15 Fevral , 2016 18:43
​Gürcüstan hökuməti bu il ölkədəki müsəlman icmasına 2 milyon laridən çox vəsait ayıracaq

Tbilisi. 15 fevral. REPORT.AZ/ "Gürcüstan hökuməti 2015-ci ildə dini icmalara yardım məqsədilə dövlət büdcəsindən 3,5 milyon lari vəsait ayırmışdı. Bunun böyük bir hissəsi müsəlman icmasına verilib. Qalan hissə isə digər icmalara verilib. Bu il isə büdcədən həmin məqsədlər üçün 4,5 milyon ayrılıb. Bunun da 2 milyonu müsəlman icması üçün nəzərdə tutulub. Amma yayda büdcəyə yenidən baxılacaq və o zaman müsəlmanlar üçün nəzərdən tutulan vəsaitin artırılacağı gözlənilir".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze söyləyib.

Gürcüstandakı bütün dini icmaların dostluq və sülh şəraitində fəaliyyət göstərdiyini vurğulayan sədr deyib ki, dini icmalar arasında heç bir qarşıdurma və ya problem yoxdur. Gürcüstan dövləti onların normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradıb.

"Bu gün Gürcüstanda 250-dən çox məscid fəaliyyət göstərir. Onlardan da 70-i artıq müsəlman dini icmaların mülkiyyətinə verilib. Qalan məscidlərin də müsəlmanların ixtiyarına verilməsi istiqamətində işlər davam etdirilir", - deyə o vurğulayıb.

Komitə sədri müsəlmanlar üçün yeni məscid, iqamətgah və mədrəsələrin tikintisində problemin olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi