“Gürcüstan hökuməti adından KİV-in elektron ünvanlarına saxta sənədlərin göndərilməsi hökumətin nüfuzdan salınması və təxribat məqsədi güdüb”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin Mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, avqustun 19-da media qurumları elektron ünvanlarına təbiətin mühafizəsi sahəsində islahatlar barədə saxta sənəd alıblar: “Göründüyü kimi, bu hərəkət hökuməti nüfuzdan salmaq və təxribat məqsədlərinə xidmət edib. Təəssüflər olsun ki, bəzi media qurumları bu təxribata uyub”.
Sənəddə vurğulanıb ki, Gürcüstan baş nazirinin mətbuat xidmətinin elektron poçtu