Gürcüstan Hindistan vaksininə ümid edir

Gürcüstan Hindistan vaksininə ümid edir “Böyük ehtimal ki, Gürcüstan yaxın zamanlarda Hindistan vaksini əldə edəcək”
Region
4 Mart , 2021 11:34
Gürcüstan Hindistan vaksininə ümid edir

“Böyük ehtimal ki, Gürcüstan yaxın zamanlarda Hindistan vaksini əldə edəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.

İnfeksionistin sözlərinə görə, peyvəndlə bağlı danışıqlar Çin və Qərblə davam etdirilir:

“Vaksinin ən iri istehsalçılarından biri Hindistandır və preparatı bu ölkədən almaq üçün böyük şans var. Təəssüflər olsun ki, Avropa ölkələri bizimlə bölüşmək üçün kifayət qədər vaksin əldə edə bilmirlər”.

P.İmnadze qeyd edib ki, dünya bazarında vaksin defisiti yaranıb və istehsalçılar tələbatı ödəmək üçün istehsalı genişləndirə bilməyiblər.

Qeyd edək ki, Gürcüstan ABŞ-ın “Novavax” vaksinini idxal etməklə bağlı da danışıqlar aparır. Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib ki, bu ilin iyun ayında Gürcüstan bu peyvəndi bir milyon doza həcmində tədarük edəcək.

Son xəbərlər

Orphus sistemi