​Gürcüstan hərbi hissələrində müsəlmanlar üçün ibadət otaqları tikilir

​Gürcüstan hərbi hissələrində müsəlmanlar üçün ibadət otaqları tikilir B.Kamaşidze müsəlman hərbi qulluqçular ilə birlikdə həmin otaqlarda dini ayinləri yerinə yetirib
Region
7 Mart , 2016 10:47
​Gürcüstan hərbi hissələrində müsəlmanlar üçün ibadət otaqları tikilir

Tbilisi. 7 mart. REPORT.AZ/ Gürcüstan Ordusunda hərbi xidmət keçən müsəlman əsgər və zabitlər hərbi hissələrdə ibadətlə rahat məşğul ola biləcəklər. Bununla əlaqədar olaraq hərbi hissələrdə müsəlmanlar üçün xüsusi otaqlar inşa olunub.

"Report" xəbər verir ki, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Bekler Kamaşidze Gürcüstan Silahlı Qüvvələrinin III briqadasının ərazisindəki ibadət yerlərinin açılışını ediblər. Bildirilib ki, bu briqadada 103 nəfər müsəlman hərbi qulluqçu var.

Açılışdan sonra B.Kamaşidze müsəlman hərbi qulluqçular ilə birlikdə həmin otaqlarda dini ayinləri yerinə yetirib.

T.Xidaşeli hərbçilərlə söhbətdə deyib ki, bütün hərbi hissələrdə müsəlmanlar üçün ibadət yerləri inşa olunacaq.

Son xəbərlər

Orphus sistemi