Gürcüstan hakimiyyəti müxalifətlə görüş keçirir

Gürcüstan hakimiyyəti müxalifətlə görüş keçirir Tbilisidə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının nümayəndələrinin müxalifətlə görüşü keçirilir.
Region
30 Noyabr , 2019 11:31
Gürcüstan hakimiyyəti müxalifətlə görüş keçirir

Tbilisidə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının nümayəndələrinin müxalifətlə görüşü keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının nümayəndələri iştirak edirlər.

Toplantıda ölkədə baş verən siyasi proseslər və müxalifətin seçkilərlə bağlı təklif etdiyi "alman modeli" müzakirə olunur.

Görüş Gürcüstanda akreditə olunmuş diplomatik korpusun təşəbbüsü ilə baş tutub.

Parlamentin sədri Arçil Talakvadze görüşdən öncə bildirib ki, hakimiyyət müxalifəti dinləməyə hazırdır: "Bugünkü görüşdə konkret arqumentlər nəzərdən keçiriləcək. Qərarları isə beynəlxalq tərəfdaşlarla birgə qəbul etməyə çalışacağıq".

Qeyd edək ki, Gürcüstanın 30-a yaxın müxalifət partiyası ötən gün seçkilərin "alman modeli" üzrə keçirilməsini dəstəkləyən memorandum imzalayıb. Sənəd ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə (OSCE/ODHIR) təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi