Gürcüstan elektrik enerjisinin idxal proqnozunu azaldıb

Gürcüstan elektrik enerjisinin idxal proqnozunu azaldıb Gürcüstan hökuməti elektrik enerjisinin builki istehlak və idxal proqnozunu azaldıb.
Region
4 Dekabr , 2019 20:44
Gürcüstan elektrik enerjisinin idxal proqnozunu azaldıb

Gürcüstan hökuməti elektrik enerjisinin builki istehlak və idxal proqnozunu azaldıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi qərar qəbul edib.

Qərara əsasən, 2019-cu ildə ümumi istehlak həcmi 13 282,1 milyon kilovatt/saat müəyyən olunub. Bu da avqust ayında (13 776,9 kilovatt/saat) və ötən ilin sonunda təsdiq olunan həcmdən (14 832,1 milyon kilovatt/saat) azdır.

Yeni proqnoza əsasən, builki idxal həcmi 1 545 milyon kilovatt/saat təşkil edir ki, bu da avqust ayında (1 700 milyon kilovatt/saat) və ötən ilin sonuda təsdiq olunan həcmdən (2 820,5 milyon kilovatt/saat) azdır.

Gürcüstanın elektrik enerjisinin builki idxal həcminin illik müqayisədə 2,5% çox olacağı gözlənilir.

Proqnozun azaldılmasının əsas səbəbi iqlimlə əlaqədardır. Belə ki, qonşu ölkədə mülayim hava şəraiti elektrik enerjisinin istehlakı və idxalının nisbətən azalmasına gətirib çıxarıb.

Qeyd edək ki, ötən ay Gürcüstan 200 milyon kilovatt/saat elektrik enerjisi idxal edib, bunun da 40%-i Azərbaycanın payına düşüb. Bu ilin yanvar-oktyabr aylarında isə Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmi 823,603 milyon kilovatt/saata bərabər olub. 

Son xəbərlər

Orphus sistemi