Gürcüstan əhalisinin hər 1000 nəfərindən 800-nün banklara borcu var

Gürcüstan əhalisinin hər 1000 nəfərindən 800-nün banklara borcu var Ölkə bu göstərici ilə dünyada birinci yerdədir
Region
15 Sentyabr , 2017 22:51
Gürcüstan əhalisinin hər 1000 nəfərindən 800-nün banklara borcu var

Tbilisi. 15 sentyabr. REPORT.AZ/ Gürcüstan əhalisinin hər min nəfərdən səkkiz yüzünün banklara borcu var.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu iqtisadi məsələlər üzrə ekspert Mixail Dundua mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu göstərici ilə Gürcüstan dünyada birinci yerdədir.

Dundua deyib ki, hələ dünyanın heç bir dövlətində belə bir göstərici qeydə alınmayıb. Bu göstərici Beynəlxalq Valyuta Fondunun hesabatında da qeyd olunub.  

Son xəbərlər

Orphus sistemi