Gürcüstan əcnəbilərin ölkəyə daxil olmasını sərtləşdirdi

Gürcüstan əcnəbilərin ölkəyə daxil olmasını sərtləşdirdi Gürcüstan koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə ərazisinə daxil olmaq şərtlərini sərtləşdirib.
Region
294
6 Mart , 2020 14:57
Gürcüstan əcnəbilərin ölkəyə daxil olmasını sərtləşdirdi

Gürcüstan koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə ərazisinə daxil olmaq şərtlərini sərtləşdirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qrurumlarıarası Koordinasiya Şurasının iclasında qərar qəbul olunub.

Qərara əsasən, Gürcüstana gedən və son 14 gün ərzində epidemiya riskinin olduğu ölkələrdə səfərdə olan yerli və xarici ölkə vətəndaşları ölkəyə daxil olarkən koronavirus tetsindən keçmələri barədə sertifikat təqdim etməli olacaqlar.

Əcnəbilər bu sənədi gəldiyi ölkənin və ya tranzit ölkənin müvafiq laboratoriyasından əldə etməlidir.

Gürcüstana daxil olan və bu yaxınlarda yüksək riskli ölkələrə (Çin, Cənubi Koreya, İtaliya, İran) səfər edən şəxslər sərhəd-keçid məntəqələrində intensiv tibbi yoxlanışdan keçiriləcək və məcburi qaydada 14 günlük karantində saxlanılacaqlar.

Son xəbərlər

Orphus sistemi