Gürcüstan DTX Marneuli haqqında telesüjet barədə istintaqa başladı

Gürcüstan DTX Marneuli haqqında telesüjet barədə istintaqa başladı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yerli “Mtavari arxi” televiziya kanalının iyunun 20-də Marneuli haqqında yayımladığı süjet barədə istintaqa başlayıb.
Region
25 İyun , 2020 19:20
Gürcüstan DTX Marneuli haqqında telesüjet barədə istintaqa başladı

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yerli “Mtavari arxi” televiziya kanalının iyunun 20-də Marneuli haqqında yayımladığı süjet barədə istintaqa başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə DTX-dən bildirilib.

Qeyd olunub ki, süjet yalana əsaslanıb və əhali arasında dezinformasiya yaratmaq məqsədi daşıyıb.

Süjetdə iddia olunub ki, Marneulidə vəfat edən şəxslərin ölüm səbəbinin koronavirus kimi göstərilməsi üçün tibbi heyət və yerli hakimiyyət orqanlarının nümayəndələri onların ailə üzvlərinə 3 000 laridən 10 000 lariyədək pul təklif ediblər.

DTX-dən bildirilib ki, “Mtavari arxi”nin bu hərəkəti hökuməti nüfuzdan salmaq, onu qanunsuz hərəkətlərdə ittiham etməklə yanaşı, cəmiyyətdə qeyri-əminlik hissi və dezinformasiya yaratmağa cəhd olub.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə aparılır.

Qeyd edək ki, bu gün adıçəkilən süjetdə yer alan Marneuli sakini olan iki azərbaycanlı qadın DTX-də sorğu-sual olunub. 

Son xəbərlər

Orphus sistemi