Gürcüstan DİN rəhbərinin siyasi məsuliyyəti ilə bağlı qətnamə hazırlanıb

Gürcüstan DİN rəhbərinin siyasi məsuliyyəti ilə bağlı qətnamə hazırlanıb Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası daxili işlər naziri Giorgi Qaxarianın siyasi məsuliyyəti ilə bağlı qətnamə layihəsi hazırlayıb.
Region
1 İyul , 2019 15:50
Gürcüstan DİN rəhbərinin siyasi məsuliyyəti ilə bağlı qətnamə hazırlanıb

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası daxili işlər naziri Giorgi Qaxarianın siyasi məsuliyyəti ilə bağlı qətnamə layihəsi hazırlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəd Gürcüstan parlamentinin bugünkü büro iclasında təqdim olunacaq.

Sənəddə deyilir ki, iyunun 20-də Tbilisidə, Rustaveli prospektində polis və xüsusi təyinatlıların həddindən artıq güc tətbiq etməsi vətəndaşların sağlamlığına ziyan vurub və buna görə də daxili işlər nazirinin siyasi, səlahiyyətlərini aşan hüquq mühafizə orqanları əməkdaşlarının isə hüquqi məsuliyyəti məsələsi qaldırılmalıdır.

Qətnamə layihəsində həmçinin qeyd olunub ki, iyunun 20-21-də Tbilisidə qanunsuz saxlanılmış vətəndaşların hamısı dərhal azad olunmalıdır. 

Son xəbərlər

Orphus sistemi