​Gürcüstan DİN-ə yeni rəhbər təyin edilib

​Gürcüstan DİN-ə yeni rəhbər təyin edilib O, əvvəllər milyarder Bidzina İvanişvilinin mühafizə xidmətinin başçısı olub
Region
26 Yanvar , 2015 15:01
​Gürcüstan DİN-ə yeni rəhbər təyin edilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Gürcüstanın baş naziri İraklı Qaribaşvili Vaxtanq Qomelaurini daxili işlər naziri vəzifəsinə təyin edib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, yeni nazir hökumətə bu gün təqdim olunub.

Qeyd edək ki, V.Qomelauri 1975-ci ildə anadan olub. 2001-ci ildə Gürcüstan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2013-cü ilədək Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvilinin mühafizə xidmətinin başçısı olub. Yanvarın 23-də keçmiş daxili işlər naziri Aleksandr Çikaidze istefa verdikdən sonra onun səlahiyyətlərini icra edib.

İki övlad atasıdır, gürcü, ingilis və rus dillərini bilir.

Son xəbərlər

Orphus sistemi