Gürcüstanda 70 yaşlı azərbaycanlını qətlə yetirən şəxs saxlanılıb - RƏSMİ

Gürcüstanda 70 yaşlı azərbaycanlını qətlə yetirən şəxs saxlanılıb - RƏSMİ Ötən gün Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi (Şəmşoy) kəndində 70 yaşlı Feyzi Əhmədovu qətlə yetirən şəxs saxlanılıb.
Region
2 Fevral , 2020 11:00
Gürcüstanda 70 yaşlı azərbaycanlını qətlə yetirən şəxs saxlanılıb - RƏSMİ

Ötən gün Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi (Şəmşoy) kəndində 70 yaşlı Feyzi Əhmədovu qətlə yetirən şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, hadisəni törədən həmin kəndin 57 yaşlı sakini N.B-dir. O, F.Əhmədovu qısqanclıq zəminində qətlə yetirib.

Hadisədən qısa müddət sonra saxlanılan şəxs təqsirini etiraf edib. Polis cinayətin törədildiyi bıçağı müsadirə edib.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə istintaq aparılır. Qətli törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi