Gürcüstan COVID-19-a qarşı 2 500 doza dərman alıb

Gürcüstan COVID-19-a qarşı 2 500 doza dərman alıb Gürcüstan koronavirus infeksiyası əleyhinə əlavə doza dərman vasitələri alıb.
Region
19 Noyabr , 2021 10:03
Gürcüstan COVID-19-a qarşı 2 500 doza dərman alıb

Gürcüstan koronavirus infeksiyası əleyhinə əlavə doza dərman vasitələri alıb.

“Report”un yerli bürosu xəbər verir ki, “Hetero Biopharma Limited” şirkətinin istehsalı olan 2 min doza “Tocilizumab” və “Roche” şirkətinin 500 doza “Ronapriv” monoklonal anticisim preparatları artıq ölkəyə çatdırılıb.

Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib ki, dərmanlar Dünya Bankının layihəsi çərçivəsində tədarük olunub.

COVID-19 xəstələrinin müalicəsində fəal istifadə edilən medikamentlər tibb müəssisələrinə mərhələli şəkildə paylanılacaq.

Qeyd edək ki, qonşu ölkə “Roche” şirkətinin preparatlarını ilk dəfə Almaniya hökumətindən ianə olaraq əldə edib.

Son xəbərlər

Orphus sistemi