Gürcüstan çimərliklərində qadın xilasedicilər çalışacaq

Gürcüstan çimərliklərində qadın xilasedicilər çalışacaq Gürcüstanın Acarıstan Muxtar Respublikasında builki çimərlik mövsümündə ilk dəfə olaraq qadın xilasedicilər çalışacaq.
Region
13 İyun , 2019 12:45
Gürcüstan çimərliklərində qadın xilasedicilər çalışacaq

Gürcüstanın Acarıstan Muxtar Respublikasında builki çimərlik mövsümündə ilk dəfə olaraq qadın xilasedicilər çalışacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 20-yə yaxın xanım xilasedici iyunun 15-dən etibarən çimərliklərdə kişi xilasedicilərlə birgə xilasetmə işlərinə cəlb olunacaqlar.

Qadın xilasedicilər Batumi Dəniz Akademiyasının tələbələridir. Onlar fiziki hazırlıq təlimini başa vurublar.

Acarıstanda builki çimərlik mövsümündə, ümumilikdə, 250 xilasedici çalışacaq. 

Son xəbərlər

Orphus sistemi