Gürcüstan bir neçə ölkə vətəndaşları üçün sərhədlərini açır

Gürcüstan bir neçə ölkə vətəndaşları üçün sərhədlərini açır Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olan bir neçə ölkənin vətəndaşları üçün sərhədlərini açır.
Region
1698
8 İyul , 2020 11:12
Gürcüstan bir neçə ölkə vətəndaşları üçün sərhədlərini açır

Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olan bir neçə ölkənin vətəndaşları üçün sərhədlərini açır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Həmin ölkələrin siyahısına Almaniya, Fransa, Latviya, Litva və Estoniya daxildir.

Qeyd edək ki, Aİ Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edib. İttifaqa üzv ölkələr mərhələli şəkildə Gürcüstan vətəndaşları üçün sərhədlərini açır.