Gürcüstan bəzi qida məhsulları üçün alternativ idxal bazarı axtarır

Gürcüstan bəzi qida məhsulları üçün alternativ idxal bazarı axtarır Gürcüstan qarabaşaq, düyü, sarımsaq və digər qida məhsulları üçün alternativ idxal bazarları axtarır.
Region
1729
13 Aprel , 2020 18:43
Gürcüstan bəzi qida məhsulları üçün alternativ idxal bazarı axtarır

Gürcüstan qarabaşaq, düyü, sarımsaq və digər qida məhsulları üçün alternativ idxal bazarları axtarır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, aprelin 12-dən iyunun 30-dək Avrasiya İqtisadi Birliyindən (Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan) bəzi qida məhsullarının ixracına qadağa qoyulub.

Nazirlikdən bildirilib ki, bu qadağa Gürcüstan bazarında çatışmazlıq yaratmayacaq: “Bazarların diversifikasiyası üzərində iş aparılır. Hazırda ərzaq və ilkin tələbat qida məhsulları bir çox ölkələrdən idxal olunur. Bununla yanaşı, alternativ idxal bazarlarının tapılması istiqamətində danışıqlar da aparılır”. 

Son xəbərlər

Orphus sistemi