Gürcüstan beynəlxalq aviareyslərə qadağanın müddətini uzatdı

Gürcüstan beynəlxalq aviareyslərə qadağanın müddətini uzatdı Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə qoyulan məhdudiyyətlərin müddəti iyunun 30-dək uzadılıb.
Region
16 May , 2020 12:04
Gürcüstan beynəlxalq aviareyslərə qadağanın müddətini uzatdı

Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə qoyulan məhdudiyyətlərin müddəti iyunun 30-dək uzadılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyindən bildirilib.

Gürcüstana müntəzəm uçuşlar həyata keçirən aviaşirkətlər qərar barədə artıq məlumatlandırılıb.

Məhdudiyyətlər yük daşımalarına şamil olunmur.

Qeyd edək ki, bundan öncə məhdudiyyətlər mayın 22-dək uzadılmışdı.

Son xəbərlər

Orphus sistemi