Gürcüstan baş nazirinin müavini Qardabaniyə səfər edib

Gürcüstan baş nazirinin müavini Qardabaniyə səfər edib Gürcüstan baş nazirinin müavini, ədliyyə naziri Tea Tsulukiani Qardabaniyə səfər edib.
Region
517
5 Avqust , 2020 16:30
Gürcüstan baş nazirinin müavini Qardabaniyə səfər edib

Gürcüstan baş nazirinin müavini, ədliyyə naziri Tea Tsulukiani Qardabaniyə səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, rayonda inşa olunan Ədliyyə evində aparılan işlərlə tanış olub.

Ədliyyə evinin tikintisi artıq yekun mərhələdədir və bu ilin payızında vətəndaşların istifadəsinə veriləcək. İdarədə dövlət və özəl sektor üzrə 450-dən çox xidmət göstəriləcək, nikah zalı da olacaq.  

T.Tsulukianini Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Qardabani meri Ramaz Budaqaşvili, deputat Savalan Mirzəyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Qeyd edək ki, Qardabanidəki Ədliyyə evi Kvemo Kartlidə açılacaq dördüncü ədliyyə evi olacaq. Hazırda Gürcüstan üzrə ümumilikdə 24 Ədliyyə evi fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi