Gürcüstan azərbaycanlıları Ramazan bayramını qeyd edir - FOTO

Gürcüstan azərbaycanlıları Ramazan bayramını qeyd edir - FOTO Gürcüstanda yaşayan azərbaycanlılar Müqəddəs Ramazan bayramını qeyd edirlər.
Region
5 İyun , 2019 10:32
Gürcüstan azərbaycanlıları Ramazan bayramını qeyd edir - FOTO

Gürcüstanda yaşayan azərbaycanlılar Müqəddəs Ramazan bayramını qeyd edirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi Cümə məscidində bayram namazı qılınıb.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri, şeyx Hacı Ramin İgidov namazdan öncə müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. O, tutulan orucların, dua və ibadətlərin Allah tərəfindən qəbul olunmasını diləyib.

GMİ sədri Gürcüstana sülh və əmin-amanlıq, müsəlmanlara rifah və tərəqqi arzulayıb.

R.İgidov fitrə zəkatının miqdarı və faydaları barədə danışıb, dindarları maraqlandıran sualları cavablandırıb.

Daha sonra bayram namazı qılınıb. Namaza İranın Gürcüstandakı səfiri Seid Cavadi də qatılıb.

Bayram namazları azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun məscidlərində də qılınıb.

Qeyd edək ki, Gürcüstanda Ramazan bayramı ötən gündən qeyd olunur.

Son xəbərlər

Orphus sistemi