Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək mitinqi keçirdi

Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək mitinqi keçirdi Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycana dəstək mitinqi keçirilir.
Region
11080
10 Oktyabr , 2020 16:34
Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək mitinqi keçirdi

Marneulidə keçirilən Azərbaycana dəstək mitinqi başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, kütləvi aksiyaya vətənpərvərlik mahnılarının ifası ilə yekun vurulub.

Aksiya iştirakçıları Azərbaycandan növbəti zəfər xəbərlərini gözlədiklərini bildiriblər.

Qeyd edək ki, bugünkü mitinq Gürcüstanda Azərbaycana dəstək məqsədilə keçirilən sayca 4-cü aksiyadır.

15:54

Marneulidə Azərbaycana dəstək mitinqi davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyada Azərbaycan icmasının üzvləri çıxış edirlər.

Onlar Azərbaycanın haqq işi apardığını, bu işdə Gürcüstan azərbaycanlılarının Azərbaycan xalqının yanında olduğunu bildiriblər.

Mitinqçilər "Azərbaycan var olsun, düşmənləri kor olsun!", "Yaşasın Azərbaycan əsgəri!", "Eşq olsun Azərbaycan Ordusuna!" şüarları səsləndirirlər.

Soydaşlarımız Azərbaycanın işğal altında olan bütün torpaqlarının tezliklə azad olunacağına əminlik ifadə ediblər.

15:10

Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycana dəstək mitinqi keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, “Qarabağ Azərbaycandır!” şüarlı aksiyaya Marneuli ilə yanaşı, Tbilisi, Rustavi şəhərləri, Qardabani, Bolnisi, Dmanisi və digər bölgələrdə yaşayan soydaşlarımız da qatılıb.

Kütləvi mitinq iştirakçıları Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndirirlər.

Mitinqçilər əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.

Son xəbərlər

Orphus sistemi