Gürcüstan Azərbaycandan idxalı 17% azaldıb

Gürcüstan Azərbaycandan idxalı 17% azaldıb Bu ilin ilk yarısında Gürcüstan Azərbaycandan ümumi dəyəri 247,3 mln ABŞ dolları olan məhsul idxal edib.
Region
20 İyul , 2020 11:05
Gürcüstan Azərbaycandan idxalı 17% azaldıb

Bu ilin ilk yarısında Gürcüstan Azərbaycandan ümumi dəyəri 247,3 mln ABŞ dolları olan məhsul idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkə Azərbaycan məhsullarının idxalını 16,9% azaldıb.

Yanvar-iyunda Azərbaycan Gürcüstanın ümumi idxalında 7% payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.

Son xəbərlər

Orphus sistemi