Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 40 %-ə yaxın azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 40 %-ə yaxın azaldıb Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 497,940 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
Region
17 Noyabr , 2020 20:38
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 40 %-ə yaxın azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 497,940 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 325,663 milyon kilovatt/saat və ya 39,5 % azdır.

Hesabat dövründə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 1 049,46 milyon kilovatt/saata bərabər olub. Bu həcmin 47,45 %-i Azərbaycanın payına düşüb.

Son xəbərlər

Orphus sistemi