Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri nazir təyin oluna bilər

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri nazir təyin oluna bilər Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri təyin oluna bilər.
Region
15 Dekabr , 2021 13:13
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri nazir təyin oluna bilər
Arçil Talakvadze

Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri təyin oluna bilər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Nazir müavini Tamar Qabuniya bildirib ki, vitse-spikerin nazir postuna təyinatı ilə bağlı məsləhətləşmələr aparılır.

Məsələni şərh edən A.Talakvadze deyib ki, səhiyyə nazirinin təyinatı barədə qərarı baş nazir qəbul edəcək və hadisələri qabaqlamaq lazım deyil.

Xatırladaq ki, məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze dekabrın 9-da istefa verib. O, nazir vəzifəsini bu ilin sonuna qədər yerinə yetirəcək.

Qeyd edək ki, A.Talakvadze Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəridir.

Son xəbərlər

Orphus sistemi