Gürcüstan ABŞ-la birgə hərbi təlimlər keçirəcək

Gürcüstan ABŞ-la birgə hərbi təlimlər keçirəcək “Bu ilin sentyabrında “Layiqli tərəfdaş 2020” adlı Gürcüstan-ABŞ birgə hərbi təliminin keçirilməsi planlaşdırılıb”.
Region
12 İyun , 2020 15:18
Gürcüstan ABŞ-la birgə hərbi təlimlər keçirəcək

“Bu ilin sentyabrında “Layiqli tərəfdaş 2020” adlı Gürcüstan-ABŞ birgə hərbi təliminin keçirilməsi planlaşdırılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, beynəlxalq təlimdə NATO-ya digər üzv ölkələr də iştirak edəcəklər.

Nazir bildirib ki, müxtəlif növ təlimlər gürcü hərbçilərin hazırlığının yüksək olduğunu və NATO-nun tələblərinə uyğunluğunu göstərib: “Bizim tərəfdaşlarla ikitərəfli və çoxtərəfli formatlardakı əməkdaşlığımız müdafiə qüvvələrinin gücləndirilməsi və NATO standartlarına uyğunluğun yüksəldilməsi məqsədi daşıyır”.

İ.Qaribaşvili Gürcüstan ordusunun bugünkü hazırlıq səviyyəsinin çox güclü olduğunu qeyd edib.     

Son xəbərlər

Orphus sistemi