​Gürcüstan-ABŞ hərbi təlimləri keçirilir

​Gürcüstan-ABŞ hərbi təlimləri keçirilir Təlimdə ümumilikdə hər iki tərəfdən 600 hərbçi iştirak edəcək
Region
18 May , 2015 14:04
​Gürcüstan-ABŞ hərbi təlimləri keçirilir

Bakı. 18 may. REPORT.AZ/ Gürcüstanın Vaziani hərbi hava bazasında "Layiqli tərəfdar" adı altında Gürcüstan-ABŞ hərbi təlimi keçirilir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimdə Gürcüstan və ABŞ-ın 300 hərbçisi iştirak edir. Hərbi tədbirin gedişatını ABŞ-ın 173-cü desant briqadasının komandiri polkovnik Maykl Foster izləyib.

Hərbi təlimə ABŞ-ın "Bredli" piyadalarının döyüş maşını və Gürcüstanın eyni funksiyalı "KSM-2" döyüş maşını cəlb edilib.

Məlumatda bildirilib ki, Gürcüstanda ilk dəfədir "Layiqli tərəfdar" təlimi keçirilir. Təlimin keçirilməsində məqsəd yerli tağımı NATO-nun çevik qüvvələri ilə əməkdaşlığa hazırlamaqdır.

Qeyd edək ki, bu tədbir mayın 24-də başa çatacaq. Təlimdə ümumilikdə hər iki tərəfdən 600 hərbçi iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi