Gürcüstan Azərbaycanda olan 35 vətəndaşının quru yolla vətənə çatdırılmasını təmin edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Vətəndaşların təxliyəsi Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və aidiyyəti dövlət qurumları ilə razılaşdırma əsasında həyata keçirilib.
Bu həftə ərzində daha 70 Gürcüstan vətəndaşının Azərbaycandan təxliyəsi planlaşdırılıb.
Səfrilikdən qeyd olunub ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Patardze Bakıda yaşayan ölkə vətəndaşlarına baş çəkib. Sosial təminatsız və çoxuşaqlı ailələrə ərzaq məhsulları və Gürcüstanda istehsal olunan tibbi maskalardan ibarət humanitar yardım göstərilib.