Gürcüstan 2025-ci ildə XVII Avropa Gənclər Qış Olimpiya Festivalına ev sahibliyi etmək niyyətindədir.
“Report”un yerli bürosu xəbər verir ki, bu məsələ Gürcüstanın
İclasda qəbul olunan qərara əsasən, 2025-ci ildə Avropa Gənclər Qış Olimpiya Festivalına Gürücstanın ev sahibliyi etməsi ilə bağlı tezliklə müraciət təqdim olunacaq.
Müraciətin qəbul olunacağı təqdirdə qış idman yarışları Borjomi və Bakurianidə təşkil ediləcək.
Toplantıda iştirak edən təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili qəbul olunan qərarı dəstəklədiyini bildirib. Nazirin sözlərinə görə, Gürcüstanın genişmiqyaslı idman tədbirlərini təşkil edə bilməsi dəfələrlə sübut olunub.