Gürcüstan 2024-cü ildə Avropa İttifaqına üzvlük üçün müraciət edə bilər

Gürcüstan 2024-cü ildə Avropa İttifaqına üzvlük üçün müraciət edə bilər Bu barədə hakim Gürcü Arzusu Partiyasının seçki proqramında bildirilib.
Region
1021
2 Oktyabr , 2020 10:47
Gürcüstan 2024-cü ildə Avropa İttifaqına üzvlük üçün müraciət edə bilər
0 : 00
0 : 00

Gürcüstan 2024-cü ildə Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət edə bilər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının seçki proqramında bildirilib.

Müraciətin partiyanın qarşıdan gələn parlament seçkilərində qələbə qazanacağı təqdirdə təqdim olunması nəzərdə tutulub.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, Aİ-yə üzvlük üçün müraciət tarixi addım olacaq: ““Gürcü Arzusu” bunu mütləq həyata keçirəcək”.

XİN başçısı Gürcüstanın NATO-ya qəbul olunacağı vaxtın yetişəcəyinə də əminlik ifadə edib. 

 

Son xəbərlər

Orphus sistemi