Gürcü nazir: "Torpaqların əcnəbilərə satılmasına qoyulan qadağa ədalətlidir"

Gürcü nazir: "Torpaqların əcnəbilərə satılmasına qoyulan qadağa ədalətlidir" Tbilisi. 7 mart. REPORT.AZ/ “Gürcüstanda torpaq sahələrinin əcnəbi vətəndaşların adına qeydiyyata alınmasının məhdudlaşdırılması investisiyalara mənfi təsir göstərməyib”.
Region
7 Mart , 2019 14:57
Gürcü nazir: Torpaqların əcnəbilərə satılmasına qoyulan qadağa ədalətlidir

Tbilisi. 7 mart. REPORT.AZ/ “Gürcüstanda torpaq sahələrinin əcnəbi vətəndaşların adına qeydiyyata alınmasının məhdudlaşdırılması investisiyalara mənfi təsir göstərməyib”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili parlamentdə çıxışında deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatına xarici investisiyaların cəlb olunması əsas vəzifələrdən biridir: “Kənd təsərrüfatı torpaqları ilə bağlı ölkə konstitusiyasına edilmiş dəyişikliklərdən sonra bu sahədə investisiyalar sabit olaraq qalır. Hesab edirəm ki, bu dəyişikliklər mülkiyyət məsələsini düzgün və ədalətli olaraq tənzimləyir. Bizim vətəndaşlar kənd təsərrüfatı torpaqlarının saxlanılması ilə bağlı məsuliyyət daşıyır və bu sahədə əcnəbilərin də müxtəlif formada iştirakına imkan yaradılır. Bu, düzgün və balanslaşdırılmış yanaşmadır”.

Qeyd edək ki, Gürcüstanda ötən il dekabrın 16-da qüvvəyə minmiş yeni konstitusiyaya əsasən, kənd təsərrüfatı torpağı sosial resurs kimi yalnız dövlətə, özünüidarəetmə vahidinə, Gürcüstan vətəndaşı və ya Gürcüstan vətəndaşlarının birliyinə məxsus ola bilər. Bununla da ölkənin əsas qanunu ilə kənd təsərrüfatı torpaqlarının xarici vətəndaşlara satılması tam qadağan olunub.

Hazırda qonşu ölkədə, təxminən, 45 000-50 000 hektar aqrar torpaq sahələri əcnəbilərin mülkiyyətindədir. Ölkə parlamentində əcnəbi torpaq sahiblərinə qarşı müəyyən sanksiyaların, o cümlədən öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə, torpaqların müsadirə olunmasının tətbiqi məsələsi müzakirə edilir.

Son xəbərlər

Orphus sistemi