Gürcü nazir: “Lari ilə bağlı mənfi gözləntilər yoxdur”

Gürcü nazir: “Lari ilə bağlı mənfi gözləntilər yoxdur” “Larinin məzənnəsi ilə bağlı mənfi gözləntilər yoxdur”.
Region
17 Sentyabr , 2020 12:50
Gürcü nazir: “Lari ilə bağlı mənfi gözləntilər yoxdur”
Natia Turnava

“Larinin məzənnəsi ilə bağlı mənfi gözləntilər yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, məzənnədə kəskin tərəddüdlər gözlənilmir.

Ölkənin maliyyə naziri İvane Maçavariani də öz növbəsində larinin sabitliyinin təhlükədə olmadığını deyib.

Qeyd edək ki, son günlər Gürcüstanda dollar lariyə qarşı dəyər qazanmaqda davam edir. Bugünkü rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 3,1547 lari təşkil edir. 

 

Son xəbərlər

Orphus sistemi