Gürcü larisinin dollara qarşı ucuzlaşması davam edir

Gürcü larisinin dollara qarşı ucuzlaşması davam edir Gürcüstanın milli valyutası olan larinin ABŞ dollarına münasibətdə dəyərdən düşməsi davam edir.
Region
26 İyul , 2019 17:20
Gürcü larisinin dollara qarşı ucuzlaşması davam edir

Gürcüstanın milli valyutası olan larinin ABŞ dollarına münasibətdə dəyərdən düşməsi davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının iyulun 27-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9321 təşkil edir.

Bugünkü rəsmi məzənnə ilə müqayisədə dolların qiyməti 0,0150 lari artıb.

Avronun dəyərində də bahalaşma qeydə alınıb. Sabahkı məzənnəyə əsasən, 1 avro 0,0141 lari bahalaşaraq 3,2637 lari təşkil edib.

Son xəbərlər

Orphus sistemi