Gürcü ekspert: “Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır”

Gürcü ekspert: “Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır” “Bölgədə sülh üçün Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırması tələb olunur”.
Region
17 Dekabr , 2021 17:17
Gürcü ekspert: “Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır”
Emil Avdaliani

“Bölgədə sülh üçün Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırması tələb olunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu xarici siyasət üzrə ekspert, “GeoCase” Təhlil Mərkəzinin Şərqşünaslıq bölməsinin rəhbəri Emil Avdaliani deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda son 30 ildə regional əməkdaşlıq üçün bu qədər imkan və şans olmayıb. “Doğrudur, bir çox məsələlərlə bağlı şifahi bəyanatlar səsləndirilir, lakin Bakı və İrəvanda dəmir yol xəttinin açılmasına hazırlıq olduqca yüksəkdir. Bu, Azərbaycanın öz ərazilərini qaytardığı İkinci Qarabağ müharibəsindən sonra mümkün olub”.

Ekspert hesab edir ki, Ermənistan regional geosiyasi vəziyyəti kəskin şəkildə yenidən qiymətləndirməyə başlayıb və bu, ölkənin Türkiyə ilə pozitiv ritorikasında yaxşı əks olunur: “Bundan başqa, konkret addımlar artıq atılıb. Ankara və İrəvan ikitərəfli münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin etməyə qərar verib. Bu, Azərbaycan və Ermənistan arasında davam edən pozitiv danışıqlar kontekstində nəzərdən keçirilməlidir”.

E.Avdalianinin fikrincə, bölgədə müsbət mənzərə yaranıb və bütün oyunçular regionda kommunikasiyaların açılmasının zəruriliyini anlayır.

Son xəbərlər

Orphus sistemi