“Gürcü Arzusu”: Seçkilərdə ciddi qanun pozuntusu qeydə alınmayıb

“Gürcü Arzusu”: Seçkilərdə ciddi qanun pozuntusu qeydə alınmayıb “Bu gün Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilərdə hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmayıb”.
Region
19 May , 2019 20:41
“Gürcü Arzusu”: Seçkilərdə ciddi qanun pozuntusu qeydə alınmayıb

“Bu gün Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilərdə hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının liderlərindən biri, parlamentin vitse-spikeri Tamar Çuqoşvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, dairə seçki komissiyalarına daxil olan şikayətlər, əsasən texniki məsələlərlə bağlı olub.

T.Çuqoşvili hakim partiya tərəfdarlarına seçkilərdə göstərdikləri fəallığa görə minnətdarlığını bildirib.

Hakim partiyanın digər lideri İrakli Sesiaşvili öz növbəsində Marneulidə baş tutmuş seçkiləri şərh edib. O bildirib ki, seçkilər azad və dinc şəraitdə keçib:

“Əminəm ki, bizim namizəd Zaur Darğallı seçkilərin birinci turunda qələbə qazanacaq”.

Son xəbərlər

Orphus sistemi