“Gürcü Arzusu”nun keçmiş üzvləri yeni partiya yaradır

“Gürcü Arzusu”nun keçmiş üzvləri yeni partiya yaradır Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından istefa vermiş deputatlar yeni partiya yaradırlar.
Region
23 May , 2019 13:32
“Gürcü Arzusu”nun keçmiş üzvləri yeni partiya yaradır

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından istefa vermiş deputatlar yeni partiya yaradırlar.

“Report”un yerli bürosu xəbər verir ki, siyasi təşkilatın təsisçiləri Eka Beselia, Gedevan Popxadze və Zviad Kvaçantiradze olacaq.

Partiyanın təsis qurultayı bu il iyunun sonuna planlaşdırılıb.

Qeyd edək ki, bu ilin fevralında hakim partiyanın bir neçə deputatı Gürcüstan parlamentinin çoxluğundan istefa veriblər. Buna onların Ali Məhkəməyə hakimlərin seçilməsi qaydaları ilə bağlı fərqli mövqeləri səbəb olub. E.Beselia Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin yaxın tərəfdaşlarından biri və parlamentin Hüquq məsələləri üzrə komitəsinin sədri olub. 

Son xəbərlər

Orphus sistemi