Gümrüdə qətl törədən rusiyalı hərbçi bütün ittihamlarla bağlı günahını etiraf edib

Gümrüdə qətl törədən rusiyalı hərbçi bütün ittihamlarla bağlı günahını etiraf edib Valeri Permyakova yekun ittiham oxunub
Region
22 Yanvar , 2016 16:01
Gümrüdə qətl törədən rusiyalı hərbçi bütün ittihamlarla bağlı günahını etiraf edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 sayı hərbi hissəsinin əsgər Valeri Permyakovun yanvarın 22-də keçirilən məhkəməsində yekun ittiham oxunub.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Valeri Permyakov ona qarşı irəli sürülən bütün maddələr üzrə günahını etiraf edib.

Ermənistan məhkəməsi rus hərbçisini Cinayət Məcəlləsinin silahlı basqın, qanunsuz daxil olma, soyğunçuluq, qətl, dövlət sərhədini qanunsuz keçməyə cəhd maddələri üzrə mühakimə edib.

Məhkəmənin növbəti iclasi yanvarın 29-da keçiriləcək.

Xatırladaq ki, Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb. Avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi Valeri Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.

Bundan sonra Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakovun bir erməni ailəsini qətlə yetirməsiylə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilmişdi.

Son xəbərlər

Orphus sistemi