Cənubi Azərbaycanın Təbriz şəhərində Yaqçian qəsəbəsi yaxınlığında benzin daşıyan maşının aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” “khabarban”a istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyaləti fövqəladə hallar bölməsinin nümayəndəsi Vahid Şadniya bildirib.
Onun sözlərinə görə, hadisə yerində araşdırma aparılır, qəzanın səbəbi dəqiqləşdirlir.