Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistanın Gümrü şəhərində polis ilə mitinqçilər arasında toqquşma zamanı 12 nəfər xəsarət alıb.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, toqquşmalar zamanı beş polis əməkdaşı və 7 mitinqçi zərər çəkib.
Məlumata görə, polis kütləni dağıtmaq üçün tüstü şaşkaları tətbiq edir, partlayış səsləri eşidilir.
Mitinqçilər butulka və daş atmaqla polis kardonunu yarmağa çalışırlar.