​Güclü yağış Tbilisinin küçələrində ciddi problem yaradıb

​Güclü yağış Tbilisinin küçələrində ciddi problem yaradıb Ağaclar küçələri işıqlandıran elektrik dirəklərinin üzərinə aşıb
Region
4 İyun , 2015 13:42
​Güclü yağış Tbilisinin küçələrində ciddi problem yaradıb

Bakı. 4 iyun. REPORT.AZ/ Ötən gecəki güclü yağış və külək Tbilisidə ciddi problem yaradıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Şəhərin küçələrini su basıb, ağaclar aşıb. Məlumatda bildirilib ki, Aqmaşenebelli və Didi Diqomi xiyabanlarında vəziyyət daha ağırdır.

Su basan küçələrdə avtomobillərin hərəkəti çətinləşib.

Güclü külək nəticəsində ağaclar küçələri işıqlandıran elektrik dirəklərinin üzərinə aşıb. Nəticədə bir neçə küçənin işıqlandırılmasında problem yaranıb. 

Son xəbərlər

Orphus sistemi