Güclü qara görə Türkiyənin 19 əyalətində məktəblər bağlanıb

Güclü qara görə Türkiyənin 19 əyalətində məktəblər bağlanıb Əlil və hamilə məmurlara da bir günlük icazə verilib
Region
29 Dekabr , 2016 10:38
Güclü qara görə Türkiyənin 19 əyalətində məktəblər bağlanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Güclü qara görə, Türkiyənin 19 əyalətində məktəblər bir günlüyə bağlanıb. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bununla bağlı Ankara valiliyi açıqlama yayıb. 

Məlumata görə, dekabrın 29-da Ankara, Bursa, Eskişehir, Uşak, Bilecik, Kütahya, Çankırı, Sinop, Afyonkarahisar, Manisa, Balıkesir, Denizli, Burdur, Kırşehir, Konya, Yozgat, Bolu, Isparta və Karamandakı məktəblər işləməyəcək. 

Eyni zamanda, əlil və hamilə məmurlara da bir günlük icazə verilib. 

Son xəbərlər

Orphus sistemi