Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın -
"Report" təşkilatın saytına istinadən xəbər verir ki, qrup tərkibinə Azərbaycandan Milli Məclisin deputatı Azər Kərimli daxil olub.
Müşahidələrinin nəticələri əsasında GUAM-ın müşahidəçilər qrupu müvafiq bəyanatı verib:
"Ukraynada prezident seçkiləri demokratik seçkilər üçün beynəlxalq öhdəliklər və standartlara, o cümlədən ATƏT və Avropa Şurasının öhdəlikləri və standartlarına, habelə Ukraynanın milli qanunvericiliyinə, Ukraynanın Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış qaydalar və proseduralara uyğun olaraq təşkil edilib və keçirilib.
Ümumi seçki prosesinə, seçkilərin təşkili və seçki məntəqələrində komissiyaların fəaliyyətinə gəlincə, GUAM-ın müşahidəçilər qrupu monitorinqin nəticələrindən razı qalıb. Qrupun xırda iradları səsvermə nəticələrinə təsir edə bilməzdi.
Seçkilər müsabiqə ruhunda keçib və ümumilikdə azad və ədalətli seçkilər kimi müsbət qiymətləndirilə bilər".