“GUAM Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib”.
“Report” xəbər verir ki, bunu GUAM-ın Baş katibi Altay Əfəndiyev Rusiya ilə Gürcüstan arasında müharibənin başlanmasının 15-ci ildönümü ilə bağlı bildirib.
“Biz Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qəti, sarsılmaz dəstəyimizi və münaqişənin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə sadiqliyimizi bir daha bəyan edirik. Biz birlikdə daha güclüyük!”, - o vurğulayıb.
Xatırladaq ki, GUAM 1997-ci ildə yaradılıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova bu təşkilatın üzvüdür.