GUAM Gürcüstana dəstək oldu

GUAM Gürcüstana dəstək oldu GUAM təşkilatının Katibliyi Rusiyanın Gürcüstana qarşı kiberhücumunu pisləyib.
Region
21 Fevral , 2020 11:11
GUAM Gürcüstana dəstək oldu
Freepik.com

GUAM təşkilatının Katibliyi Rusiyanın Gürcüstana qarşı kiberhücumunu pisləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə təşkilatın rəsmi “Twitter” səhifəsində bildirilib.

“GUAM katibliyi Gürcüstanın informasiya infrastrukturunun dağıdılmasına yönələn kiberhücumları qınayır. Bu məsələ GUAM-a üzv ölkələrin kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı səylərin əhəmiyyətini vurğulayır”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Gürcüstanda genişmiqyaslı kiberhücum ötən ilin oktyabrın 28-də həyata keçirilib. Ötən gün Gürcüstanın Xarici İşlər Nazirliyi kiberhücumlarda Rusiyanı ittiham edib. 

Son xəbərlər

Orphus sistemi